EN

Məhkəmə ərini ad günündə öldürən qadına 1 il yarım cəza verdi – SƏBƏB

Ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işinin bəzi detalları məlum olub.

NOCOMMENT.az xəbər verir ki, istintaqla müəyyən edilib ki, hadisə 2025-ci il avqustun 4-də paytaxtın Xəzər rayonu Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, Natiq Quliyev öz ad günündə həyat yoldaşı Quliyeva Nərgiz Rafiq qızı tərəfindən qətlə yetirib.

İttiham aktında göstərilib ki, 1986-cı il təvəllüdlü Nərgiz Quliyeva ilə 4 avqust 1979-cu il təvəllüdlü əri Natiq Quliyev arasında ailə münaqişəsi zəminində mübahisə yaranıb.

Mübahisəyə səbəb isə Natiq Quliyevin öz ad günündə araq içəndən sonra mətbəxə keçərək Nərgizin onun mobil telefonuna kontur yükləməməsini əsas gətirməyi olub.

Nərgiz ərinin onu təhqir etməsindən və əlləri ilə saçından yapışaraq dartmasından qəzəblənib.

Nərgiz Quliyeva aralarında yaranmış dava zamanı məişətdə gündəlik istifadə etdiyi bıçağı ərinin qarın boşluğuna vurur. Natiq Quliyev aldığı bıçaq xəsarətindən ölüb.

Bununla da, Nərgiz Quliyeva polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı İsmayıl Cavadlı ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Hakim Səbinə Məmmədzadənin qəbul etdiyi hökmə əsasən, Nərgiz Quliyeva həyat yoldaşını qəsdən qətlə yetirməsi ilə bağlı hər hansı bir sübut yoxdur və o, 120.1-ci maddə ilə təqsirləndirilə bilməz və bu maddə 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməlidir.

Yekun olaraq, Nərgiz Quliyeva 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkməsi ilə bağlı qərar qəbul edilib./unikal.az/

Məhkəmə

Chosen
1
17
nocomment.az

10Sources