“Milli Assambleyadakı müxalif tərəfdaşlar bəzən “təminatçınız kimdir? Azərbaycan sizin təminatçınızdırmı?” sualını verirlər. Onlar hətta nədən danışdıqlarını belə başa düşmürlər. Dünyada yeni, davam edən və dərinləşən müharibələrin getdiyi bir vaxtda Ermənistan və Azərbaycan elə bir nöqtəyə çatıb ki, biz mövqelərimizi gücləndirməliyik. Çünki bir çox qüvvələr Azərbaycan ilə Ermənistanı, ən azı, bir-birinə qarşı müharibəyə cəlb etmək istəyir. Bu, açıq və aydındır. Bu, o qədər aydındır ki, hesab etmirəm ki, bu barədə danışmağa ehtiyac var”, – deyə o qeyd edib.