EN

"Körfəz Dövlətlərinin sakinləri radioaktiv çirklənmədən əziyyət çəkəcəklər"

BAKI, 4 aprel. TELEQRAF

ABŞ və İsrailin Buşehr Atom Elektrik Stansiyasına endirdiyi zərbələr nəticəsində Körfəz Dövlətlərinin paytaxtlarının sakinləri radioaktiv çirklənmədən əziyyət çəkəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib:

"İsrail və ABŞ artıq Buşehr nüvə elektrik stansiyasına dörd dəfə zərbə endiriblər. Radioaktiv şüalanma təkcə Tehranda deyil, körfəz dövlətlərinin paytaxtlarında da həyatları məhv edəcək".

Buşehr Atom Elektrik Stansiyası Fars körfəzi sahilində, Tehrandan 1000 kilometrdən çox cənubda yerləşir. Daha əvvəl İranın Atom Enerjisi Təşkilatı Buşehr Atom Elektrik Stansiyasının yaxınlığına mərminin düşdüyünü və nəticədə stansiyanın mühafizəçilərindən birinin həlak olduğunu açıqlamışdı.

Qeyd edək ki, "Rosatom" işçilərini Buşehr Atom Elektrik Stansiyasından təxliyə etməyə başlayıb. 198 rusiyalı mütəxəssis Rusiyaya Ermənistan vasitəsilə qayıdacaq.

Chosen
5
5
teleqraf.com

10Sources