EN

Alen Simonyan: Vətəndaşlar Ermənistanda siyasi xüsusi hərbi əməliyyata yol verməməlidirlər

Ermənistan parlamentinin sədri Alen Simonyan Ktriç Nersisyanı (Bütün ermənilərin Katolikosu II Garegin - red.) ölkənin təhlükəsizliyi üçün təhdid adlandırıb.

Azreform.info "Report"a istinadən xəbər verir ki, o bunu "Vətəndaş müqaviləsi" partiyasının növbədənkənar qurultayı ərəfəsində keçirilən brifinqdə bəyan edib.

"Yaxşı olardı ki, digər partiyalar da öz proqramlarına Ktriç Nersisyan və Erməni Apostol Kilsəsini nüfuzdan salan digər insanların kənarlaşdırılmasını daxil etsinlər. Bu, dövlətimizə böyük fayda gətirərdi", - A. Simonyan bildirib.

Spiker Ermənistan üçün ciddi təhdidlərin mövcudluğunu bəyan edib və qeyd edib ki, iyunun 7-də (parlament seçkiləri günü – red.) ölkəyə "siyasi hücum" gözlənilir.

"Ermənistan vətəndaşı Ermənistan Respublikasının müstəqilliyini qorumalı və ölkədə siyasi xüsusi hərbi əməliyyata (Rusiyanın Ukraynada apardığı müharibəyə verdiyi ad - red) yol verməməlidir. Söhbət Ermənistan Respublikasının müstəqilliyindən, müharibə ilə sülh arasında seçimdən gedir. Vətəndaş öz seçimini etməli və öz seçimini müdafiə etməlidir", - Alen Simonyan vurğulayıb.

Chosen
7
50
azreform.info

10Sources