EN

Araik və digərləri Bakıdadır, bəs onun İrəvanda nə işi var? – Simonyan qəzəbləndi

Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağdakı keçmiş qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın bəyanatlarını tənqid edib.

Turkustan.az xəbər verir ki, Simonyan onun Ermənistana köçən Qarabağ ermənilərinə müraciətlərinə münasibət bildirib.

Şahramanyanın guya antiterror əməliyyatlarından sonra ermənilərin Qarabağdan könüllü çıxmadığı, onlara qaçmağı dediyinə dair açıqlamalarına Simonyan sərt cavab verib:

“Digər Araik Arutyunyan və digər “artsax liderləri” Bakıda həbsxanandır, bəs o niyə İrəvanda qalıb? Şahramanyan bunu başa düşmür. Məncə, sadəcə sussun. Nə qədər az danışarsa, o qədər faydası olar. Özünü hansısa məmur kimi təqdim etməsin, heç bir vəzifəsi yoxdur. Öz əli ilə “artsax”ın ləğv olunması sənədinə imza atıb”./Globalinfo.az

Chosen
8
21
turkustan.az

10Sources