EN

Almanya NATO da Rusiyanın əsas hədəfinə çevrilə bilər Ekspert səbəbi açıqladı

ain.az bildirir, Qaynarinfo portalına istinadən.

Estoniyanın Daxili Təhlükəsizlik İnstitutunun direktoru Erkki Koort bildirib ki, Almaniya Rusiyanın mümkün hədəfi kimi Baltik ölkələrindən daha real görünə bilər. 

Qaynarinfo xəbər verir ki, "BILD" nəşrinin məlumatına görə, o, Estoniya, Litva və Latviyaya hücum ssenarilərini "sadəlövh yanaşma” adlandırıb.

Koortun fikrincə, Rusiya üçün NATO-nun sərhəd bölgələrinə birbaşa hücum etməzdən əvvəl strateji arxa cəbhəni zərərsizləşdirmək daha məntiqlidir və bu cəbhə Almaniyada yerləşir.

Ekspert hesab edir ki, Almaniyaya mümkün zərbə həm hərbi, həm də təbliğat baxımından daha güclü təsirə malik ola bilər. Onun sözlərinə görə, ölkədə təxminən 3,5 milyon rusdilli əhali yaşayır və cəmiyyətdə Moskvaya simpatiya göstərən qruplar mövcuddur.

Koort qeyd edib ki, Baltik ölkələrinə birbaşa hücum NATO-nun dərhal reaksiyasına səbəb ola bilər. Lakin Almaniyaya qarşı gizli əməliyyatlar və ya dolayı hücum ssenariləri daha fərqli inkişaf edə və dərhal eskalasiya olmadan vəziyyəti sabitlikdən çıxara bilər.

Onun fikrincə, Rusiya artıq bu cür fəaliyyətlər üçün zəruri resurslara – agent şəbəkələrinə, tərəfdarlara və siyasi təsir imkanlarına malikdir.

Almaniya Bundestaqının müdafiə komitəsinin sədri Markus Faber də bu fikirlərlə razılaşaraq bildirib ki, Almaniya NATO müttəfiqlərinin dəstəklənməsi üçün əsas logistika mərkəzidir. Bu səbəbdən limanlar və nəqliyyat qovşaqları potensial hədəflər sırasında ola bilər.

Məlumata görə, Almaniyada 1 yanvar 2026-cı ildən etibarən 17–45 yaş arası kişilər ölkəni üç aydan çox müddətə tərk etmək istədikdə Bundesverin karyera mərkəzindən icazə almalıdırlar. Bu tələb hərbi xidmətin modernləşdirilməsi haqqında qanun çərçivəsində qüvvəyə minib və daimi xarakter daşıyır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
50
qaynarinfo.az

10Sources