EN

Türkiyədə parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan ikinci yerə çıxıb



Türkiyənin Antalya şəhərində keçirilən TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandası final qarşılaşmasında türkiyəli həmkarlarına uduzub.

Aia.az xəbər verir ki, qarşılaşmanın 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində isə Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.

Azərbaycan komandası isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. Belə ki, 49-cu dəqiqədə Fərid Məmmədquluzadə fərqlənib.

Azərbaycanlı deputat Kamran Bayramov matçda zədələnərək oyundan çıxıb.

Turnirdə birinci yeri Türkiyə, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qırğıstan parlament komandaları tutub.

Qeyd edək ki, bu turnir ilk dəfə keçirilir. Yarışda 6 komanda mübarizə aparır.

Azərbaycan komandası əvvəlcə Qırğızıstana 1:2 hesabı ilə məğlub olub, daha sonra Şimali Kiprə 3:0 hesabı ilə qalib gələrək qrup birincisi kimi finala yüksəlib.(Report)



Chosen
48
aia.az

1Sources