EN

Təklif: Azərbaycanla Türkiyə konfederasiya olsun

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi artıq təkcə siyasi bəyanatlarla deyil, konkret addımlar və qarşılıqlı dəstək mesajları ilə də təsdiqlənir. Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Türk Dövlətləri Təşkilarının Hökumət başçəlarının/vitse-prezidentlərinin Bakıda keçirilən görüşü çərçivəsində səsləndirdiyi fikirlər və Prezident İlham Əliyevin buna qarşılıq verdiyi mövqe bir daha göstərir ki, iki ölkə arasında əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, dərin strateji və qardaşlıq təməlinə söykənir.

Xüsusilə Şuşa Bəyannaməsi çərçivəsində formalaşan bu münasibətlər, regionda siyasi balansın qorunması və ortaq maraqların müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. Liderlərin qarşılıqlı “hər zaman yanındayıq” mesajı isə bu ittifaqın formal deyil, real və davamlı olduğunu bir daha nümayiş etdirir.

Aznews.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov Crossmedia.az-a açıqlama verib:

Chosen
43
30
aznews.az

10Sources