EN

Abbas Əraqçi: “İran İslamabaddakı danışıqlardan imtina etməyib“ FOTO

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İran İslamabad danışıqlarından imtina etməyib. Lakin Tehran müharibənin sona çatması üçün irəli sürülən şərtlərdən narahatdır".

Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "X" hesabında bildirib.

"Pakistanın səylərinə görə dərin minnətdarlığımızı bildiririk və qeyd edirik ki, heç vaxt İslamabada getməkdən imtina etməmişik. Bizi narahat edən məsələ qanunsuz olan bu müharibənin sonlanması üçün irəli sürülən şərtlərdir", - deyə nazir paylaşımında qeyd edib.

Əraqçının sözlərinə görə, ABŞ mediası İranın danışıqlarla bağlı mövqeyini təhrif edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
50
moderator.az

10Sources