EN

SOCAR ın Geofizika və Geologiya İdarəsinə yeni innovativ avadanlıqlar alınıb

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentlərinin və rəhbər heyətinin iştirakı ilə Geofizika və Geologiya İdarəsinin maddi-texniki bazasına yeni daxil edilmiş innovativ avadanlıqların təqdimatı keçirilib.

BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, tədbir çərçivəsində quruda seysmik kəşfiyyat işlərinin keyfiyyətini və operativliyini fundamental şəkildə artıracaq nod sistemləri, yüksək təzyiqli lay şəraitində təhlükəsiz əməliyyatları təmin edən yüksək Quyuağzı təzyiqə nəzarət (lubrikator) qurğuları, quyu trayektoriyasının real vaxtda izlənməsi və dəqiq idarə olunmasına imkan verən avadanlıqlar təqdim olunub.

Bu texnoloji yeniliklər SOCAR-ın karbohidrogen ehtiyatlarının kəşfiyyatı və hasilatın optimallaşdırılması istiqamətində atdığı mühüm addımlardan biridir.

Qalereya

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
23
baku.ws

10Sources