EN

Şokolad sevənlər diqqət: Həkimdən ciddi xəbərdarlıq

ain.az bildirir, Olke.az portalına istinadən.

Həddindən artıq şokolad istehlakı qaraciyər xərçəngi riskini artırır.

Ölkə.az "Terra" nəşrinə istinadla xəbər verir ki, bu barədə həkim Lukas Nasif danışıb.

O izah edib ki, insanın qəbul etdiyi bütün qidaların metabolizminə qaraciyər cavabdehdir. Şokoladın tərkibində isə çox miqdarda şəkər və yağ olur. Nəticədə qaraciyər daha intensiv işləməyə başlayır.

Həkimin sözlərinə görə, tez-tez və həddindən artıq şokolad yemək zamanla qaraciyərin piylənməsinə (yağlı qaraciyər xəstəliyinə) səbəb ola bilər. Bu xəstəlik isə öz növbəsində sirroz, fibroz və hətta qaraciyər xərçəngi riskini artırır.

Yağlı qaraciyər xəstəliyinin simptomları arasında həkim xroniki yorğunluq, yeməkdən sonra ağırlıq hissi, sağ qarında narahatlıq, qarın yağının artması və qan analizlərində qaraciyər fermenti səviyyəsinin yüksəlməsini qeyd edib.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
2
olke.az

4Sources