"Ermənistanın təhlükəsizliyinin ən böyük qarantı Azərbaycandır".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
Onun sözlərinə görə, parlamentdəki müxalifət qarant haqqında çox danışır: "Bəzən deyirlər ki, "Sizin qarantınız kimdir? Onlar başa düşmürlər ki, Azərbaycanın təhlükəsizliyinin ən böyük qarantı Ermənistan Respublikası, Ermənistan Respublikasının qarantı isə Azərbaycandır".
Simonyan qeyd edib ki, bu barədə danışanlar nədən danışdıqlarını belə başa düşmürlər: "Dünyanın hər yerində yeni, davam edən və dərinləşən müharibələr baş verdikdə, Ermənistan və Azərbaycan indi gücləndirməli olduğumuz bir nöqtəyə çatıblar. Çünki bir çox qüvvələr Azərbaycan və Ermənistanı heç olmasa bir-birinə qarşı müharibəyə cəlb etmək istəyirlər. Bu, açıq-aydındır".
Ağarza Elçinoğlu