EN

İran ABŞ ın Səudiyyə Ərəbistanındakı səfirliyinə zərbə endirib

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın dronları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyinə zərbə endirərək ciddi ziyan vurub.Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

İran dronlarının ABŞ səfirliyinin ofis binasına hücum etdiyi və gün ərzində bir neçə yüz insanın işlədiyi, Mərkəzi Kəşfiyyat İdarəsinin ofisi də daxil olmaqla üç mərtəbəyə ciddi ziyan vurduğu bildirilib. Hadisə aprelin 4-ü gecə baş verib.

Zərbələr nəticəsində yarım gün davam edən böyük yanğınlar baş verib.Nəşrin məlumatına görə, yanğın kompleksin bir hissəsinə bərpaedilməz zərər vurub. Diplomatik mənbələr qeyd edib ki, səfirliyə iş saatları ərzində hücum edilsəydi, kütləvi tələfat ola bilərdi.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
50
bizim.media

10Sources