EN

“Zelenskini ona görə oğurlamırıq ki...” Matviyenko Rusiyanın “özünə hörmət etdiyini” deyir

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya rəhbərliyində reallıq hissini itirmiş, qeyri-adekvat şəxslərə baxdıqca, bu nəhəng ölkənin nədən bu hala düşdüyünü anlamaq daha asan olur…

“AzPolitika” xəbər verir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Kreml təbliğatçısı Olqa Skabeyevaya müsahibəsində Rusiyanın guya Ukrayna Prezidenti Volodimir Zelenskini oğurlamaq imkanın olduğunu, lakin bunu “Rusiya özünə hörmət etdiyi” üçün etmədiyini deyib. İddia edib ki, guya “bu cür metodlar Rusiyanın üslubu deyil".

Matviyenko Rusiyanın "dünyanın ən özünə hörmət edən və hörmət edilən ölkəsi" olduğunu və bu cür taktikalara əl atmağın bu statusun itirilməsinə səbəb olacağını vurğulayıb: "Siz Zelenskini qaçırmağımızı təklif edirsiniz? Məni kimisə məhv etməli olduğumuzu, kimisə qaçırmalı olduğumuzu deməyə təhrik etməyin. Bu, bizim üslubumuz deyil. Biz dünyanın ən özünə hörmət edən və hörmət edilən ölkəsiyik. Əgər bu cür metodlara əl atsaq, özünə hörmətimizi itirəcəyik".

Qeyd edək ki, Rusiya dəfələrlə Zelenskiyə sui-qəsd hazırlasa da, buna nail ola bilməyib.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Cilia Flores 3 yanvar gecəsi ABŞ tərəfindən oğurlanıb.

28 fevralda isə İsrail və ABŞ İrana qarşı böyük bir hücum təşkil edərək Əli Xamenei və ən azı 40 yüksək vəzifəli hərbi və siyasi məmuru öldürüb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
7
azpolitika.info

8Sources