EN

Ukrayna müharibəni texnoloji müstəviyə keçirir Ali Radanın alt komitəsinin sədri

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Ukrayna ərazisində qoşunlar qrupunu 2024-cü ildəki 520 mindən 2025-ci ildə 700 minə qədər artırmasına rəsmi Kiyev simmetrik cavab verib vətəndaşlarının səfərbərliyini artıra bilməz.

Bunu "Report"un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının Müdafiə və milli təhlükəsizlik, kəşfiyyat məsələləri üzrə alt komitəsinin sədri Fedor Venislavski deyib.

O qeyd edib ki, bunun əvəzinə Ukrayna müharibəni texnoloji müstəviyə keçirir.

"Müdafiə naziri Fyodorov məhz bunu bəyan etdi ki, bizim əsas məqsədimiz işğal qoşunlarının canlı qüvvədə, texnikada mümkün qədər çox itki verməsidir. Biz hazırda bunun üzərində işləyirik", - o deyib.

Səfərbərlik zamanı baş verən insidentlərdən danışan alt komitənin sədri bildirib ki, müharibənin gedişi zamanı işləyən mexanizmlərdə kəskin islahat etməyin radikal əleyhdarıdır:

"Hazırda hər şeyin yaxşı olduğunu söyləmək əlbəttə ki, mümkün deyil. O vurğulayıb ki, hər ay təxminən 30 min vətəndaş səfərbər olunur, 2025-ci il ərzində isə ümumilikdə səfərbərlik ilə bağlı hərbi komissarlıq və polis əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı şikayətlər təxminən 5 000 olub. Yəni bu, bütün səfərbər edilənlərin ümumi sayının 1 %-dən bir az çoxudur".

F.Venislavski deyib ki, qanun pozuntuları ilə bağlı faizin aşağı olmasına baxmayaraq, Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Məsələləri üzrə Komitəsi, Prezident Ofisi, Ukrayna Müdafiə Nazirliyi, və Silahlı Qüvvələrin Komandanlığı münaqişəli vəziyyətlərin ümumiyyətlə olmaması və ya minimuma endirilməsi üçün maksimum səy göstərir:

"Biz gözləyirik ki, Müdafiə Nazirliyi səfərbərlik məsələlərini və çağırış komissarlıqlarının fəaliyyətini təkmilləşdirmək üçün hansısa yeniliklər hazırlayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
2
azpolitika.info

4Sources