EN

Buşehr AES-ə yenidən hücum edildi

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda Bu gün İranın cənubunda yerləşən Buşehr vilayətində Buşehr Atom Elektrik Stansiyasının (AES) ərazisinə yenidən hücum edilib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatı "X" hesabında paylaşım edib.

Bildirilib ki, Buşehr AES-in ərazisinə bir raket düşüb. Baş verən partlayış nəticəsində stansiyanın kənar binalarından birinə ziyan dəyib və mühafizəçilərdən biri ölüb.

Bu hücum nəticəsində Buşehr AES-in əsas hissələrinə ziyan dəymədiyi və stansiyanın elektrik istehsalına hər hansı maneə yaranmadığı qeyd olunub.

Bu, 28 fevraldan bəri Buşehr AES-ə 4-cü hücum hesab olunur.

Xatırladaq ki, Buşehr AES-in 1-ci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rusiya atom şirkəti tərəfindən İran şirkətinə təhvil verilib. 2013-cü ildən bu blokda maksimum elektrik yəni 1 min meqavat saat elektrik istehsal olunub. 10 il ərzində Buşehr Atom Elektrik Stansiyasında elektrik istehsalı 65 milyard kilovat saatdan çox təşkil edib.

Buşehr AES-də elektrik istehsalı 2013-cü ildən 20 mart 2025-dək 72,4 milyon kilovat saat təşkil edib.

Chosen
11
16
bakivaxti.az

10Sources