EN

Alkatras yenidən həbsxanaya çevrilir? Tramp Konqresdən milyonlar tələb etdi

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp “Alkatras” həbsxanasını yenidən yüksək rejimli islah müəssisəsinə çevirmək üçün Konqresdən 152 milyon dollar vəsait istəyib.

Sherg.az xəbər verir ki, bu barədə 3 aprel tarixində The New York Times (NYT) Ağ Evin büdcə layihəsinə istinadən məlumat yayıb.

Məlumata görə, məşhur “The Rock” (“Qaya”) adlanan həbsxana kompleksi Alkatras adası ərazisində yerləşir və hazırda yalnız turistik məkan kimi fəaliyyət göstərir. Keçmiş həbsxana isə son dərəcə baxımsız vəziyyətdədir.

Nəşr qeyd edir ki, adada nə su təchizatı, nə də kanalizasiya sistemi mövcuddur. Ərazinin böyük hissəsi quş tullantıları ilə örtülüb və bütün zəruri ləvazimatlar yalnız qayıqlarla daşınır.

Bu təşəbbüs cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, San-Fransisko şəhərində turizm əsas gəlir sahələrindən biridir və Alkatras adası ziyarətçi sayına görə ön sıralarda yer alır.

Bundan əlavə, ABC News daha əvvəl bildirmişdi ki, ABŞ-də “Alligator Alkatras” adlı həbsxana ekoloji pozuntular səbəbindən bağlana bilər.

Qeyd edək ki, Tramp hələ 2025-ci ilin may ayında Alkatras həbsxanasını yenidən açmaq niyyətini açıqlamış və burada ABŞ-nin “ən təhlükəli” cinayətkarlarının saxlanılmasının planlaşdırıldığını bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
55
50
sherg.az

10Sources