EN

Gürcüstan-ABŞ münasibətlərində “yenidən başlama” siqnalları –ÖZƏL

Gürcüstan rəsmisi Mixail Kavelaşvilinin sözlərinə görə, rəsmi Tbilisi ABŞ ilə münasibətləri yenidən qurmaqda maraqlıdır və Vaşinqtonun da bu prosesə marağı artıq açıq şəkildə hiss olunur.

O bildirib ki, bu istiqamətdə aparılan danışıqlar ardıcıl xarakter daşıyır. Kavelaşvili BMT-də, Milanda ABŞ rəsmiləri - o cümlədən Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşlərdə, eləcə də baş nazir səviyyəsində telefon danışığında bu məsələnin müzakirə edildiyini qeyd edib.

Rəsmi bəzi qüvvələrin bu prosesi lağa qoyduğunu desə də, onların təsir imkanlarının zəiflədiyini vurğulayıb. Onun sözlərinə görə, ictimaiyyət dezinformasiya və spekulyasiyalara deyil, rəsmi mənbələrə əsaslanmalıdır.

Kavelaşvili əlavə edib ki, əvvəlki ABŞ administrasiyasının yaratdığı mənfi fon aradan qalxmaq üzrədir və münasibətlərin normallaşması üçün proses davam etdiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
olaylar.az

1Sources