EN

Müəllim yüksək vəzifəyə TƏYİN OLUNDU

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimovun əmri ilə Qusar Tarix-Diyarşünaslıq Muzeyinə yeni rəhbər təyinatı olub.

Ucnoqta.az xəbər verir ki, muzey direktorunun vəzifə səlahiyyətlərinin icrası Lamiyə Abdullayevaya həvalə edilib.

1992-ci ildə Qusar şəhərində anadan olan Lamiyə Abdullayeva ali təhsilli tarix müəllimidir. O, 2016-cı ildən Qusar rayon Heydər Əliyev Mərkəzində bələdçi kimi fəaliyyət göstərib, eyni zamanda Ləçət kəndində və Qusar Peşə Liseyində pedaqoji işlə məşğul olub.

Chosen
61
50
ucnoqta.az

10Sources