EN

İrandan Trampa ŞOK TƏKLİF: Siyahıda TÜRKİYƏ də var

İranın keçmiş xarici işlər naziri və nüvə danışıqlarının əsas memarı Cavad Zərif ABŞ və İsrailin “çıxış strategiyası olmayan bir bataqlığa” saplandığını iddia edərək, müharibəni bitirəcək genişmiqyaslı sülh planı təklif edib. Zərif İranda baş verən dağıntıların ABŞ tərəfindən kompensasiya edilməsi və bölgədə yeni nizamın qurulması üçün rəsmi Vaşinqtona çağırış edib.

Cevad

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində Zərif, Donald Tramp administrasiyasına “şərəfli çıxış” yolu təqdim edib. Təklifə əsasən, İran nüvə proqramını məhdudlaşdırmağa və uranın zənginləşdirilməsini 3,67%-dən aşağı salmağa hazırdır. Bunun müqabilində isə Hörmüz boğazının ticarətə tam açılması şərti ilə İrana qarşı bütün sanksiyaların ləğvi tələb olunur.

Zərifin planında ən diqqətçəkən məqamlardan biri regionda yeni təhlükəsizlik arxitekturasının yaradılmasıdır. Keçmiş nazir Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və İraqın da iştirakı ilə daimi təhlükəsizlik şəbəkəsinin qurulmasını zəruri hesab edir. O, həmçinin ABŞ-ın 2025-2026-cı illərdə İranda səbəb olduğu mülki itki və dağıntıların bərpası üçün maliyyə ayırmasını, İranın isə iqtisadi əməkdaşlıq çərçivəsində Amerika neft şirkətlərini ölkəyə dəvət etməsini təklif edib. Çin və Rusiyanın qarantiyası ilə əldə olunacaq bu razılaşmanın 47 illik düşmənçiliyə son qoya biləcəyi vurğulanır.

Sara,
NOCOMMENT.az

Chosen
45
nocomment.az

1Sources