EN

İtkin düşən tələbədən şok məktub: “Arxamca gəlməyin”

Türkiyənin Malatya bölgəsində üç gündür xəbər alınmayan 21 yaşlı universitet tələbəsi Seda A.-nın ailəsinə yazdığı vida məktubu tapılıb.

İnönü Universitetinin 2-ci kurs tələbəsi olan gənc qızın çərşənbə axşamı günü məktəbə getmək adı ilə evdən çıxdığı və bir daha geri qayıtmadığı bildirilir. Ailəsinin müraciəti əsasında polis və jandarma qrupları genişmiqyaslı axtarışlara başlayıb.

NOCOMMENT.az xəbər verir ki, gənc qızın qoyub getdiyi məktubdakı ifadələr hər kəsi sarsıdıb. Seda A. məktubunda ailəsindən üzr istəyərək bu sözləri yazıb: “Sizdən çox üzr istəyirəm. Bəzi şeyləri bacara bilmədim. Olmaq istədiyim yerə, sevdiyim adamın yanına gedirəm. Dalımca düşməyin, adınıza ləkə gətirmirəm, sadəcə xoşbəxt olmaq istəyirəm”.

Digər tərəfdən, gənc qızın sosial şəbəkədə Ufuk adlı bir şəxslə tanış olduğu iddia edilsə də, həmin şəxs Sedanı tanımadığını bildirib. Hazırda hüquq-mühafizə orqanları mobil telefon siqnalları vasitəsilə gənc tələbənin yerini müəyyənləşdirməyə çalışır.

Sara,
NOCOMMENT.az

Chosen
41
nocomment.az

1Sources