Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş tutan "Qarabağ" – "Sabah" (2:2) qarşılaşması rekord tamaşaçı sayı ilə tarixə düşüb.
Offsideplus.az xəbər verir ki,görüşü Tofiq Bəhramov adına Respublika stadionundan 21 000 azarkeş izləyib.
Bu göstərici 2015/2016 mövsümünün finalından (23 000 tamaşaçı) bəri qeydə alınan ən yüksək rəqəmdir.
Turnir fərqi qoyulmadan, bir komandanın birbaşa ev sahibliyi etdiyi oyunlar arasında son 19 ilin (2006/2007 mövsümündən bəri) ən yüksək göstəricisidir.
Martın 1-də yenə bu komandalar arasındakı oyunda qeydə alınan mövsüm rekordu (10 361 nəfər) iki dəfədən çox yenilənib.
PFL-in 2008-ci ildən bəri təşkil etdiyi turnirlər siyahısında bu oyun ümumilikdə 5-ci, final matçları çıxılmaqla isə 1-ci pilləyə yüksəlib.
Bundan əvvəlki daxili ev oyunu rekordu 2016-cı ildə Gəncədə keçirilən "Kəpəz" – "Qarabağ" matçına (20 400 tamaşaçı) məxsus idi.