EN

Tramp Alkatras həbsxanasının bərpası üçün Konqresdən 152 milyon dollar istəyib

BAKI, 4 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Tramp Alkatras həbsxanasının yenidən qurulması üçün maliyyə ayrılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Məlumata görə, Tramp 2027-ci il büdcə layihəsi çərçivəsində Alkatras həbsxanasının bərpası üçün Konqresdən 152 milyon dollar vəsait ayrılmasını istəyib.

Bildirilir ki, bu təşəbbüs köhnəlmiş həbsxanaların modernləşdirilməsi planının tərkib hissəsidir və ilk dəfə 2025-ci ildə irəli sürülmüş ideyanın davamıdır.

Qeyd olunur ki, bu plan bir sıra çətinliklərlə üzləşir. Belə ki, Alkatras hazırda məşhur turizm obyektidir və 60 ildən çox istifadə olunmadığı üçün infrastrukturu ciddi şəkildə yararsız vəziyyətə düşüb. San-Fransisko meriyası isə həbsxananın yenidən fəaliyyətə başlaması ideyasını ciddi fikir kimi qiymətləndirir.

Xatırladaq ki, Alkatras 1912-ci ildə inşa edilib və 1963-cü ildə iqtisadi səbəblərə görə bağlanıb. Vaxtilə burada ABŞ-nin ən təhlükəli cinayətkarları saxlanılırdı.

Chosen
69
8
teleqraf.com

9Sources