EN

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb

BAKI, 4 aprel. TELEQRAF

ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın başlanmasından bu yana yüzlərlə hərbçi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri Pentaqona istinadla məlumat yayıb.

Məlumata görə, “Epik qəzəb” adlandırılan əməliyyat çərçivəsində ümumilikdə 365 ABŞ hərbçisi müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, yaralananların 247-si quru qoşunlarında, 63-ü hərbi dəniz qüvvələrində, 36-sı hərbi hava qüvvələrində, 19-u isə dəniz piyadaları sıralarında xidmət edir.

Qeyd edək ki, daha əvvəl eyni mənbə əməliyyat zamanı 13 ABŞ hərbçisinin öldüyünü də xəbər vermişdi.

Chosen
66
31
teleqraf.com

10Sources