EN

İndoneziyada dəhşətli faciə: Timsah yeniyetməni dostlarının gözü qarşısında parçaladı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İndoneziyada timsah 13 yaşlı oğlanı dostlarının gözü qarşısında parçalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Faciə Kutay-Kartaneqara bölgəsində baş verib. Məlumata görə, yeniyetmə oyun zamanı suya düşən futbol topunun arxasınca Mahakam çayına girib. O, sahildən təxminən 12 metr uzağa üzdükdən sonra yırtıcının hücumuna məruz qalıb.

Oğlan ətrafdakı insanları köməyə çağırmağa başlasa da, bir neçə saniyə sonra timsah onu suyun altına sürüyüb. Hadisənin şahidi olan dostları vahimə içində kəndə qaçaraq baş verənlər barədə xəbər veriblər.

Bundan sonra xilasetmə xidməti, polis və könüllülərin iştirakı ilə axtarış əməliyyatı başlayıb. Çayda axının güclü olması və çox sayda yırtıcının mövcudluğu xilasetmə işlərini xeyli çətinləşdirib. Bir müddət sonra yeniyetmənin cəsədi aşkar edilib. Xilasedicilərın məlumatına görə, həlak olan yeniyetmənin bədənində çoxsaylı xəsarətlər olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
74
oxu.az

1Sources