EN

Bu marşrut avtobuslarının hərəkətində ləngimələr yarana bilər - XƏBƏRDARLIQ

Zabrat-Maştağa yolunda aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bir sıra marşrut avtobuslarının hərəkətində ləngimələr yarana bilər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd olunub ki, ləngimələrin 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli avtobusların hərəkətində yarana bilmə ehtimalı var. Bildirilib ki, sərnişinlərdən səfərlərini planlayan zaman bunu nəzərə almaları xahiş olunur.

Mətləb

Chosen
18
27
sia.az

10Sources