EN

ABŞ-nin ikinci təyyarəsi də qəzaya uğradı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha bir döyüş təyyarəsi Fars körfəzi bölgəsində qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hadisə cümə günü Hörmüz boğazı yaxınlığında baş verib.

Məlumata əsasən, qəzaya uğrayan təyyarə ABŞ-yə məxsus A-10 Thunderbolt II (Warthog) olub. İki amerikalı rəsmi bildirib ki, təyyarənin pilotu uğurla xilas edilib və onun həyatı təhlükədə deyil.

Hadisənin diqqətçəkən məqamı isə bunun İran üzərində F-15E Strike Eagle qırıcısının vurulması xəbəri ilə demək olar ki, eyni vaxta təsadüf etməsidir.

 

Musavat.com

Chosen
41
7
musavat.com

10Sources