EN

Kişi tarakan tutmağa çalışdı: Həbsxanaya düşdü FOTO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Cənubi Koreya sakini tarakan tutmağa çalışarkən mənzili yandırdığına görə dörd il həbs cəzasına məhkum edilib.Bizim.Media xəbər verir ki, bu barədə “Yna.co” nəşri məlumat yayıb.Hadisə Osan şəhərində baş verib.Beşmərtəbəli binanın 30 yaşlı sakini zibil qutusunda tarakan tapıb və onu alışqanla yandırmağa çalışıb, üzərinə tezalışan sprey vurub.Yanğın plastik qablara, torbalara, divarlara və tavana yayılıb.Kişi giriş qapısını açıq qoyub qonşularına xəbərdarlıq etmədən çölə qaçıb.Sakinlərdən biri açıq hava kondisionerinin üzərinə dırmaşaraq tüstüdən qaçmağa çalışıb, lakin 14 metr hündürlükdən yıxılıb və sağ qalmayıb. Digər bir sakin isə tüstüdən zəhərlənib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
bizim.media

3Sources