Həm Türkiyə millisində, həm də “Qalatasaray”da uğurlu oyun nümayiş etdirən Uğurcan Çakır Avropa klublarının diqqətini cəlb edib. Metbuat.az xəbər verir ki, Avropanın bir sıra klubları qapıçının xidmətində maraqlıdır. Məlumata görə, “Qalatasaray” rəhbərliyi mövsümün əvvəlində bonuslar da daxil olmaqla 30,5 milyon avroya transfer etdiyi futbolçunun transfer qiymətini müəyyən edib. Türkiyənin "Sabah" qəzetinin məlumatına görə, “Qalatasaray” Uğurcan üçün azı 40 milyon avro tələb edir. Bildirilir ki, Uğurcanın transferi 40 milyon avroya baş tutarsa, bu, Super Liqada yeni transfer rekordu qıracaq.