EN

Brilliant Dadaşovadan sənət yoldaşları haqda ŞOK AÇIQLAMALAR: "Mənim tayım deyilsən!"

Xalq artisti Brilliant Dadaşova “TikTok” şəbəkəsində canlı yayımda şok iddialar səsləndirib.

Musavat.com bildirir ki, Xalq artisti mərhum sənətkar İlhamə Quliyeva və həmkarı Nazpəri Dostəliyeva ilə bağlı hər kəsi şoka salacaq faktları açıqlayıb:

"Bir dəfə Tolik İlhamə Quliyevanın yanından mənə zəng edib dedi ki, İlhamə xanım səni oğlunun toyuna dəvət edir. Mən də dedim ki, mənim onun oğlunun toyunda nə işim var? Hər yerdə ağzına gələni danışır. O, mənim tayım deyil. Bu, o vaxt idi ki, İlhamə Quliyevanın “qılıncının sağı da, solu da kəsirdi”. Məlum məsələ idi ki, ondan qorxanlar sənəti olmayanlar idi. Halbuki, bundan əvvəl onu bir neçə dəfə verilişimdə tərifləmişdim, amma yenə də haqqımda ağzına gələni danışır, mənə pisliklə yanaşırdı. Ona görə ondan uzaqlaşmışdım.

Bir dəfə isə Türkiyədən yeni gəlmişdim, yenə də Tolik mənə zəng edib dedi ki, İlhamə xanım səninlə danışmaq istəyir. Telefonu götürdüm. Həmin vaxt Nazpəri Dostəliyeva mənim barəmdə ağlasığmaz sözlər danışmışdı, ondan incimişdim. Amma ona cavab verməmişdim, indi də cavab vermərəm. İlhamə Quliyeva dedi ki, mən Nazpərini məhkəməyə vermişəm, gəl birləşib onu cəzalandıraq. Dedim ki, İlhamə xanım, mən heç vaxt heç kəsə qarşı bunu etmərəm, kimisə cəzalandırmaq üçün kiminləsə birləşmərəm. Bu, şərəfsizlikdir!"

Brilliant Dadaşova həmkarından hansı sözlərinə görə incidiyini də açıqlayıb:

"Nazpəri Dostəliyeva o vaxt Xoşqədəm Hidayətqızının qəzetinə açıqlamasında demişdi ki, “Brilliant Dadaşova anasının qəbrini tanımır”. Uşaq yaşlarından anasız qalan bir insan barəsində bu sözləri demək, ağrılı yerinə toxunmaq necə ola bilər – bunu təsəvvür edə bilmirəm.

Sonra da demişdi ki, Brilliant Dadaşovaya toylarda mənim üçün sintezator açılırdı, ona mən icazə verirdim oxusun ya oxumasın. Yəni, tamamilə əsassız, ağlasığmaz şeylər danışmışdı. Xoşqədəm Hidayətqızı da müsahibəni kasetə yazmışdı. Sonra Nazpəri dedi ki, mən o sözləri müsahibə üçün deyil, Xoşqədəm xanımın özü üçün danışmışdım".

Xalidə Gəray
Musavat.com

Chosen
16
1
musavat.com

2Sources