EN

Rusiya mart ayında rekord itki verib Zelenski rəqəmləri açıqladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, mart ayında Rusiya ordusunun itkiləri müharibənin əvvəlindən bəri ən yüksək səviyyəyə çatıb və 35 min nəfəri keçib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Zelenskinin sözlərinə görə, yalnız Ukraynanın pilotsuz uçuş aparatlarının zərbələri nəticəsində 33 988 rusiyalı hərbçi ya həlak olub, ya da ağır yaralanıb. Bundan əlavə, artilleriya və digər zərbələr nəticəsində daha 1363 hərbçi sıradan çıxarılıb.

“Bu isə cəmi bir ay ərzində 35 mindən çox itki deməkdir. Bunlar dəqiq təsdiqlənmiş rəqəmlərdir”, – deyə o vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, yaxın həftələr üçün nazirlərlə bir sıra tapşırıqlar veriləcək. Bu çərçivədə Ukrayna piyada qüvvələrinin gücləndirilməsi, hərbi müqavilə sisteminin təkmilləşdirilməsi və hərbi hissələrin özbaşına tərk edilməsinin qarşısının alınmasına yönəlmiş tədbirlər hazırlanır.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
63
50
globalinfo.az

10Sources