EN

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənlərdən birinin valideyni DANIŞDIVİDEO/YENİLƏNİB

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər bugün saxlanılıblar. Məlum olub ki, 92 yaşlı tarixi binaya kobud müdaxilə edənlər 17, 16 və 20 yaşlı gənclərdir….

Həmin gənclərlə valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılıb. Amma məsələ burda bağlanmamalıdır. Bu hadisə hər bir vətəndaşı narahat etməlidir. Çünki, bu hamımızın tarixidir, keçmişidir və sabahıdır.

Nizami Kino Mərkəzi binasının divarına qraffiti çəkilməsi ilə bağlı baş verən hadisə cəmiyyətdə də ciddi narahatlıq doğurub. Paytaxt sakinlərinin məsələyə münasibəti birmənalıdır: Tarixi abidələrə toxunmaq olmaz.

AMEA-nın Tarix və Etimologoya institutunun əməkdaşı, tarixçi Faiq İsmayılov deyir ki, Azərbaycanın mədəni irsi xalqımızın kimliyini nümayiş etdirir. Bu səbəbdən hər bir tarixi abidə dəyərlidir və toxunulmazdır.

Hadisəni törədən gənclərdən birinin valideyni bildirdi ki, hadisədən sonra övladları ilə ciddi maarifləndirici söhbətlər aparıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

17:47

Nizami Kino Mərkəzinin divarlarına qraffiti  çəkən şəxslərin kimliyi məlum olub.

Məlumata görə, bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cu sinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərində anadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə Farid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və “İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffiti nümunələrini paylaşıb.

Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi 2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecer işləyir.

Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətinin baş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti ilə məşğul olur.

Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “Hallibörton Yeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb.

Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrə cinayət işi açılıb.

Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəb olub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarının zədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.(apa)

Chosen
23
28
xezerxeber.az

10Sources