EN

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsinin görüntüləri (VIDEO)

Bakı. Trend:

Bakıda Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsiningörüntüsü yayılıb.

Trend xəbər verir ki,təhlükəsizlik kameraları qraffitini çəkən şəxsləri bir neçə dəfəgörüntüləyib.

Qeyd edək ki, Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənşəxslərin kimliyi məlum olub.

bunlar 2009-cu ildə Bakı şəhərində anadan olmuş, “LandauSchool”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər Taleh qızı,2010-cu ildə Bakı şəhərində anadan olmuş, “Landau School”un 10-cusinif şagirdi Muradi Layla Samir qızı, 2010-cu ildə Bakı şəhərindəanadan olmuş, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı ŞəfiqəFarid qızı və 2006-cı ildə İranda anadan olmuş, 01.09.2024-cü ildənAzərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurstələbəsi Ardeshir Seyfpour Saad Abadidir.

Ardeshir Seyfpour Saad Abadi qraffiti dizaynerdir və“İnstagram”da “temacreworiginal” adlı hesabda öz qraffitinümunələrini paylaşıb.

Ardeshir Seyfpour Saad Abadinin atası Omid Seyfpour Saad Abadi2024-cü ildən Azərbaycanda yaşayır, “Denizkala” şirkətində menecerişləyir.

Layla Muradinin atası Muradi Samir “Best Events” MMC şirkətininbaş direktorudur.

Şəfiqə Qaraşlının atası Qaraşov Farid taksi fəaliyyəti iləməşğul olur.

Münəvvər Bərxudayevanın atası Bərxudayev Taleh isə “HallibörtonYeureyja Limited” şirkətinin filialında xidmət operatorudur.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbülprospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi(123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binasımüdaxiləyə məruz qalıb.

Adları qeyd olunan şəxslər binanın fasadına boya vasitəsiləcızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Binaya edilmiş müdaxilə qısa müddət ərzində aradan qaldırılıb,ilkin görünüş bərpa olunub.

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi faktı üzrəcinayət işi açılıb.

Vurğulayaq ki, hadisə ictimai rəydə müzakirələrə və qınağa səbəbolub. Bakının mərkəzində tarixi-mədəni abidənin divarınınzədələnməsi vandallıq aktı kimi qiymətləndirilir.

Chosen
22
28
az.trend.az

10Sources