EN

“Zirə” yarımfinalın ilk oyununda “Turan Tovuz”u məğlub etdi

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Zirə” səfərdə “Turan Tovuz” üzərində inamlı qələbə qazanıb.

Sitat.info xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüş “qartallar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 55-ci dəqiqədə Eren Aydın açıb. Oyunun son dəqiqələrində isə (89-cu dəqiqə) Leroy Mikels rəqib qapısına ikinci qolu vuraraq yekun nəticəni müəyyənləşdirib.

Xatırladaq ki, 1/4 final mərhələsində Tovuz təmsilçisi “Kəpəz”i, Bakı klubu isə “Sumqayıt”ı mübarizədən kənarlaşdırmışdı. Bu cütlük arasında cavab qarşılaşması aprelin 21-də keçiriləcək.

Chosen
15
4
sitat.info

6Sources