EN

Rusiyadakı azərbaycanlılara YENİ ZƏRBƏ: deportasiya dalğası BAŞLAYIR?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əcnəbilər üçün tibbi müayinələr haqqında sərtləşdirilən qanunların tez bir zamanda qəbul edilməsinə çağırıb.

O, qeyd edib ki, lazımi qanunvericilik paketi hazırlanıb və bu, problemli əcnəbilərin ölkədə qalmasının arzuolunmaz olub-olmadığı barədə tez bir zamanda qərar qəbul etməyə imkan verəcək.

Medvedev həmçinin təhlükəli xəstəliklər diaqnozu qoyulmuş miqrantların dərhal ölkədən deportasiya edilməli olduğunu vurğulayıb.

Bəs yeni sərtləşdirilmiş qanunlar Rusiyada yaşayan azərbaycanlılar üçün təhlükə ola bilərmi? Bu, soydaşlarımızın böyük axınına səbəb ola bilərmi?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

Chosen
1
2
musavat.com

3Sources