EN

Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlər müzakirə edilib

Bakı. Trend:

3 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov Uqanda Respublikasının Xarici İşlər Nazirliyininbeynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryeminrəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan ilə Uqanda arasında ikitərəflimünasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri genişşəkildə müzakirə olunub. Diplomatik münasibətlərin qurulduğu son 30ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Uqanda ilə, ümumilikdə Afrikaölkələri ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyinivurğulayaraq, Uqanda ilə əməkdaşlığın genişləndirilməsi üçün mövcudpotensialın səmərəli istifadəsinin vacibliyini diqqətə çatdırıb. Buçərçivədə iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, turizmvə təhsil sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.Uqandada “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərən DövlətXidmətləri Mərkəzlərinin açılışı təqdir olunub.

Tərəflər investisiya imkanlarının təşviqi, biznes dairələriarasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyatakeçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqməsələlərinə xüsusi diqqət yetirilib. Bu çərçivədə, QoşulmamaHərəkatı çərçivəsində qarşılıqlı fəaliyyət, o cümlədən Hərəkatınsədrlik institutu və “troyka” mexanizmi çərçivəsində əməkdaşlığınfaydalı olduğu, çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin davametdirilməsinin önəmi vurğulanıb.

Azərbaycan tərəfindən beynəlxalq təqaüd proqramlarıçərçivəsində, o cümlədən Qoşulmama Hərəkatına üzv ölkələr üçünnəzərdə tutulmuş proqram çərçivəsində Uqanda tələbələrininAzərbaycan ali təhsil müəssisələrində təhsil imkanlarındanfaydalandığı məmnunluqla qeyd olunub.

Regional və beynəlxalq təhlükəsizlik məsələləri, habelə qlobalçağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə, post-münaqişə dövründəregionda mövcud vəziyyət, bərpa və quruculuq işləri, eləcə də sülhgündəliyinin irəlilədilməsi istiqamətində atılan addımlar barədəqarşı tərəfi məlumatlandırıb.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələləri nəzərdən keçiriblər.

Eyni gündə, Azərbaycan və Uqanda Xarici İşlər Nazirlikləriarasında siyasi məsləhətləşmələr keçirilib. Siyasiməsləhətləşmələrə Azərbaycan tərəfdən xarici işlər nazirininmüavini Yalçın Rəfiyev, Uqanda tərəfdən isə Xarici İşlərNazirliyinin Beynəlxalq məsələlər üzrə dövlət naziri Henri OkelloOryem rəhbərlik edib.

Məqalədə:
Chosen
52
12
az.trend.az

10Sources