EN

Şəkidə Aprel şəhidləri anılıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəki, 3 aprel, AZƏRTAC

Aprelin 3-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş “Milli şərəf salnaməsi” adlı anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, Regional İdarənin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki şəhər Komitəsinin dəstəyi ilə keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov Aprel döyüşlərinin Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu vurğulayıb, bu tarixi qələbənin xalqımızın vətənpərvərlik ruhunun, döyüş əzminin və milli birliyinin parlaq təzahürü olduğunu bildirib.

Aprel döyüşlərində şəhid olmuş qəhrəmanların valideynləri və yaxınları çıxış edərək, övladlarının əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu söyləyiblər.

Tədbirin bədii hissəsində vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, şeirlər ifa olunub, Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Müxbir – Mustafa Dadaşov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
50
azertag.az

10Sources