EN

İtaliyanın məşhur muzeyi haker hücumuna məruz qaldı

İtaliyanın ən məşhur incəsənət muzeylərindən biri olan Uffizi Qalereyası haker hücumunun hədəfinə çevrilib. Nəticədə həm kolleksiya, həm də təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar oğurlanıb.

Moderator.az xÉ™bÉ™r verir ki, bu barÉ™dÉ™ "Corriere della Sera" mÉ™lumat yayıb. Bildirilib ki, muzey rÉ™hbÉ™rliyi qanunsuz É™ldÉ™ edilÉ™n mÉ™lumatları internetdÉ™ satmaqla hÉ™dÉ™lÉ™yÉ™rÉ™k pul tÉ™lÉ™b edÉ™n kiberhücumçular tÉ™rÉ™findÉ™n ÅŸantaj olunur.

İnformasiya sistemlərinə qanunsuz müdaxilə barədə təqribən iki ay əvvəl məlumat verilib. Həmin vaxt yalnız inzibati sistemlərin zərər gördüyü bildirilirdi. Qəzetin yazdığına görə, bütün rəqəmsal arxivlə yanaşı, mühafizə sisteminin şifrələri, daxili xəritələr, eləcə də müşahidə kameralarının yerləri oğurlanıb. Kiberhücumun daha öncə də həyata keçirildiyi və sistemə ilk sızmanın 2025-ci ilin avqustunda baş verdiyi ehtimal olunur.

"Corriere della Sera" qeyd edir ki, Pitti sarayında (Uffitsi kompleksinə daxildir) yerləşən kolleksiyanın bir hissəsi fevral ayından etibarən planlama səbəbindən bağlanıb.

Muzeyin ən dəyərli eksponatları İtaliya bankının anbarına köçürülüb, ehtiyat qapılar isə gecələr möhürlənir.

Chosen
35
2
moderator.az

3Sources