EN

Millimizin toplanışına görə oyunlar təxirə salındı

ain.az bildirir, Sportal.az saytına əsaslanaraq.

2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 Milli komandasının təlim-məşq toplanışı keçiriləcək.

Sportal.az xəbər verir ki, toplanış 13-26 aprel tarixlərini əhatə  edəcək.

AFFA və Peşəkar Futbol Liqasının məsləhətləşmələrindən sonra bütün potensial futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərtilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasının 13 aprel tarixdə keçiriləcək oyunlarından sonra  yarışda  iki həftəlik fasilə yaranacaq. 

Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
2
sportal.az

10Sources