EN

“İçimdəki ağrılarla, acılarla tamaşaçıları güldürmüşəm” Əməkdar artistdən kövrək ETİRAF

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Komediya aktyoru olmaq çox çətindir. Gülüşlə tamaşaçını qidalandırmaq ondan da çətindir. Çünki insanlara daim gülüş bəxş edən aktyorun içindəki dərd-qəmi, sızıntıları, ağrıları heç kim bilmir. O bunları gülüşünün arxasında gizlədir. Mənim o qədər problemlərim olub ki.. Amma borcumdur ki, insanları güldürüm. Biz bu yolu tutmuşuq, bunu da davam edirik. Bugünki tamaşaçı çox ağıllıdır. Yaxşını pisdən seçə bilir. Tamaşaçıları aldatmaq mümkün deyil”.

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Rəhman Rəhmanov deyib.

O daha sonra əlavə edib:

“Aktyorun içindən obraz bədahətən gəlməlidir. Bizdə demək nəsə var ki, onu yarada bilirik. Əlbəttə ki, söhbət mənalı gülüşdən gedir. Əsas budur. Bizim böyük aktyor məktəbimiz olub. Təəssüf ki, hazırda o məktəb yoxdur. Biz Əliağa Ağayev, Nəsibə Zeynalova, Lütfəli Abdullayev kimi sənətkarlardan öyrəndik. Amma təəssüf ki, sonra gələnlər bizdən öyrənmək istəmədilər. Ona görə də gülüşlərimiz bayağı olub. Yeni nəsə yaratmaq istədilər. Bu da alınmadı. O vaxtın tamaşaçıları da bir başqa idi” deyə aktyor bildirib.

Aktyor senarilərin olmamasından da şikayətlənib:

“Yaxşı senari olsaydı işləməyə nə var idi?! Bizim sənətimiz budur da. Senari var, amma mən istəyən yoxdur. Tez-tez xalqın içərisində oluram. Tamaşaçılar deyir ki, çoxdandır görmürük sizi. Efirdə mənə layiq bir əsər olsa mən də çıxıb çəkilərəm. Çəkilişdən qaçan deyiləm, amma yaxşı, baxımlı işlər olmalıdır” deyə sənətkar bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
moderator.az

2Sources