EN

Çinin “Tianlong 3“ raketinin sınaq uçuşu uğursuz oldu

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çinin ABŞ-nin "SpaceX Falcon 9" modelinə bənzəyən "Tianlong-3" maye yanacaqlı ağır yük daşıyıcı raketinin sınaq buraxılışı uğursuz olub.

Moderator.az-ın "South China Morning Post" nəşrinə istinadən verdiyi məlumata görə, "Space Pioneer" şirkəti missiyanın iflasa uğradığını təsdiqləyib.

Daşıyıcı raket bu gün Qobi səhrasındakı Jiuquan Peyk Buraxılış Mərkəzindən fəzaya göndərilib. Lakin uçuş prosesi əsnasında qeydə alınan anomaliya missiyanın uğursuz elan edilməsi ilə nəticələnib. Nəşrin məlumatına əsasən, "Space Pioneer" mütəxəssisləri baş vermiş hadisənin səbəblərini araşdıracaq və mövcud texnologiyanı daha da təkmilləşdirəcəklər.

Xatırladaq ki, "Tianlong-3" kosmik aparatının Yerin aşağı orbitinə 22 tona qədər yük çatdırmaq və eyni anda 36 peyki fəzaya buraxmaq imkanlarına malik olduğu açıqlanmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
moderator.az

3Sources