EN

Prezidentin təltif etdiyi polkovnik KİMDİR? – FOTO

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev bir qrup şəxsi təltif edib. Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslər “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

NOCOMMENT.az xəbər verir ki, təltif olunanlardan biri də polkovnik Bağırov Ceyhun Əkbər oğludur.

O, Mühəndis Qoşunlarının komandiridir. Polkovnik rütbəli zabit işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində xüsusi əməyi olan şəxslərdəndir.

Ona Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin dekabrında Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə polkovnik rütbəsi verilib.

Eyni zamanda Qarabağ ordeni, Fizulinin azad olunmasına görə,Cəbrayılın azad olunmasına görə ,Zəngilanın azad olunmasına görə,Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.\\Oxu24.com

Chosen
51
38
nocomment.az

10Sources