EN

Xüsusi təyinatlılar gizli şəkildə Yaxın Şərqə köçürülüb

Avstraliya özünün Xüsusi Hava Desant Xidmətinin (SAS) bölməsini gizli şəkildə Yaxın Şərqə göndərib.

Azreform.info xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət təxminən 90 hərbi qulluqçudan gedir. Onların regionda münaqişənin daha da gərginləşəcəyi təqdirdə Dubay yaxınlığındakı Əl-Minhad aviabazasında yerləşdirilməsi planlaşdırılır.

Bildirilir ki, kontingentin vəzifəsi Yaxın Şərq ölkələrindəki avstraliyalı diplomatların və digər vətəndaşların təcili təxliyəsinə və xilas edilməsinə hazırlaşmaq olacaq. Qeyd olunur ki, bu bölmə ABŞ-nin endirdiyi zərbələrdə iştirak etməyəcək.

Ötən gün Avstraliyanın müdafiə naziri Riçard Marlsa "Sky News"un efirində regiona əlavə qüvvələrin göndərilməsi ilə bağlı sual ünvanlanıb. "The Daily Telegraph" yazır ki, o, mümkün yerləşdirmənin təfərrüatlarını açıq şəkildə təsdiqləməyib. Nəşrin məlumatına görə, Baş nazir Entoni Albaneze Avstraliyanın mövcud münaqişə çərçivəsində hücum əməliyyatlarında iştirak etməyəcəyi mövqeyini qoruyur.

Chosen
30
2
azreform.info

3Sources