EN

TDT regional çərçivədən çıxaraq daha geniş geosiyasi kontekstdə təsir imkanlarını artırmağa nail olub - Azər Qarayev

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı regional çərçivədən çıxaraq daha genişgeosiyasi kontekstdə təsir imkanlarını artırmağa nail olub.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"2026-cı il aprelin 2-də Bakı Türk dünyasının siyasi və iqtisadiinteqrasiyası baxımından mühüm hadisələrə ev sahibliyi etdi. Həmingün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TürkDövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hökumətbaşçılarını qəbul etdi. Paralel olaraq isə təşkilat çərçivəsindəhökumət başçılarının növbəti toplantısı keçirildi. Son illərdə TürkDövlətləri Təşkilatı regional çərçivədən çıxaraq daha genişgeosiyasi kontekstdə təsir imkanlarını artırmağa nail olub.Azərbaycanın bu prosesdə oynadığı rol isə xüsusi diqqətə layiqdir.Prezident İlham Əliyev hökumət başçılarını qəbul edərkən çıxışındatəşkilatın ölkənin xarici siyasətində prioritet istiqamətlərdənbiri olduğunu bir daha vurğuladı: "Türk dünyası bizim ailəmizdir,bizim başqa ailəmiz yoxdur". Bu fikir yalnız ideoloji yanaşmadeyil, həm də praktik siyasətin əsas xəttini müəyyənləşdirir.Azərbaycan uzun illərdir ki, TDT-nin institusional inkişafına vəüzv ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə sistemlişəkildə töhfə verir", - o bildirib.

Onun sözlərinə görə, TDT-ni digər beynəlxalq qurumlardanfərqləndirən əsas amillərdən biri onun ortaq etnik, mədəni vətarixi köklərə əsaslanmasıdır.

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu faktortəşkilat üçün böyük üstünlük yaradır: "Dünyada bir çox beynəlxalqtəşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatlarınsayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyüküstünlüyümüzdür". Bu, sadəcə formal əməkdaşlıq deyil, dərin sosialvə mədəni bağlılığa söykənən inteqrasiyadır. Bugünkü beynəlxalqmünasibətlər sistemində bir çox təşkilatlar daxilində ziddiyyətlərvə qarşıdurmalar müşahidə olunduğu halda, TDT məkanında fərqlimənzərə mövcuddur. Üzv dövlətlər arasında həm ikitərəfli, həm dəçoxtərəfli formatda münasibətlərin sabit və dostluq xarakterliolması təşkilatın gələcək inkişafı üçün mühüm zəmin yaradır", - obildirib.

A.Qarayev qeyd edib ki, Bakıda keçirilən görüşdə əsas müzakirəmövzularından biri iqtisadi əməkdaşlıq olub.

"Son illərdə TDT çərçivəsində ticarət dövriyyəsinin artması,qarşılıqlı investisiyaların genişlənməsi və birgə fondlarınyaradılması bu sahədə konkret nəticələrin əldə edildiyini göstərir.Azərbaycanın üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardançox sərmayə yatırması bu prosesdə aparıcı rol oynadığınıtəsdiqləyir. Xüsusilə Türkiyə ilə iqtisadi əlaqələr daha genişmiqyas alıb. Bununla yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstanilə yaradılan birgə investisiya fondları gələcək əməkdaşlıq üçünmühüm platformadır. Bu fondlar vasitəsilə sənaye, logistika, kəndtəsərrüfatı və digər sahələrdə layihələrin həyata keçirilməsiplanlaşdırılır. Bu isə TDT-ni sadəcə siyasi platformadan iqtisadiittifaqa doğru aparan prosesin tərkib hissəsidir", - obildirib.

Politoloq vurğulayıb ki, TDT ölkələrinin əməkdaşlığının ənparlaq nümunələrindən biri Qarabağın bərpası prosesində müşahidəolunur. Azərbaycan bu məsələdə qardaş ölkələrin dəstəyini xüsusivurğulayır.

"Özbəkistan tərəfindən inşa edilən məktəb, Qazaxıstanınyaratdığı uşaq yaradıcılıq mərkəzi, Qırğızıstanın tikdiyi təhsilocaqları və Türkiyə şirkətlərinin infrastruktur layihələrindəiştirakı bu həmrəyliyin konkret təzahürüdür. Bu, yalnız iqtisadiyardım deyil, həm də siyasi və mənəvi dəstəyin ifadəsidir. Müasirgeosiyasi reallıqlar fonunda nəqliyyat və logistika məsələləri TDTüçün prioritet istiqamətlərdən birinə çevrilib. Xüsusilə OrtaDəhliz və Trans-Xəzər marşrutu Avropa ilə Asiya arasında alternativvə etibarlı ticarət yolu kimi ön plana çıxır. Prezident İlhamƏliyev bu istiqamətdə görülən işlərə diqqət çəkərək bildirib: "Bugün nəqliyyat deyiləndə bizim coğrafiyamızdan, yəni bizdən yankeçmək mümkün deyil". Azərbaycanın bu sahədə həyata keçirdiyilayihələr – Bakı Ticarət Limanı, dəmir yolları, avtomobilmagistralları və hava limanları – artıq regionun logistikamərkəzinə çevrildiyini göstərir. Xüsusi diqqət çəkən layihələrdənbiri də Zəngəzur dəhlizidir. Bu dəhlizin açılması yalnız Azərbaycanvə Türkiyə arasında əlaqələri gücləndirməyəcək, eyni zamanda bütünregion üçün yeni iqtisadi imkanlar yaradacaq. Enerji sahəsi də TDTdaxilində əməkdaşlığın əsas istiqamətlərindən biridir. Xəzərhövzəsinin zəngin enerji resursları və onların Avropaya nəqliməsələsi təşkilatın strateji əhəmiyyətini artırır. Son illərdəenerji təhlükəsizliyi məsələsinin qlobal gündəmdə ön plana çıxmasıTDT ölkələri üçün yeni imkanlar açır. Bu baxımdan, enerjimarşrutlarının şaxələndirilməsi və alternativ layihələrin həyatakeçirilməsi prioritet məsələlər sırasındadır", o politoloqbildirib.

A.Qarayev qeyd edib ki, dünya siyasətində baş verəndəyişikliklər fonunda regional təşkilatların rolu artır. Qlobalinstitutların zəiflədiyi, beynəlxalq qaydaların yenidənformalaşdığı bir dövrdə TDT kimi platformalar daha çevik vəeffektiv mexanizmlər təklif edir.

"Türkiyə vitse-prezidenti Cevdet Yılmaz çıxışında bu məqamatoxunaraq regional əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıb.Bu yanaşma göstərir ki, TDT artıq yalnız mədəni və tarixi birlikdeyil, həm də geosiyasi aktora çevrilmək potensialına malikdir.TDT-nin qarşısında duran əsas məqsədlərdən biri beynəlxalqsəviyyədə daha təsirli təşkilata çevrilməkdir. Prezident İlhamƏliyev bu hədəfi açıq şəkildə ifadə edib: "Bu gün bizimtəşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasınadaxil edilməlidir". Bu məqsədə çatmaq üçün bir neçə əsas istiqamətön plana çıxır: iqtisadi inteqrasiyanın dərinləşdirilməsi;nəqliyyat və enerji layihələrinin genişləndirilməsi; institusionalmexanizmlərin gücləndirilməsi; üzv ölkələr arasında siyasikoordinasiyanın artırılması. Bununla yanaşı, təşkilat daxilindəsabitlik və qarşılıqlı etimadın qorunması da əsas şərtlərdənbiridir", - o bildirib.

Politoloqun sözlərinə görə, Bakıda keçirilən görüş və hökumətbaşçılarının sammiti Türk Dövlətləri Təşkilatının inkişafında yenibir mərhələdir.

"Bu tədbirlər göstərdi ki, təşkilat artıq yalnız ideoloji birlikdeyil, real iqtisadi və siyasi gücə çevrilməkdədir. Azərbaycanın buprosesdə oynadığı aktiv rol, Prezident İlham Əliyevin irəli sürdüyüstrateji baxış və üzv ölkələrin nümayiş etdirdiyi həmrəylik TDT-ningələcəyinə nikbin baxmağa əsas verir. Hazırkı dinamika qorunarsa,yaxın illərdə Türk Dövlətləri Təşkilatının yalnız regionda deyil,qlobal miqyasda da mühüm aktora çevrilməsi tam real görünür", -A.Qarayev əlavə edib.

Məqalədə:
Chosen
43
1
az.trend.az

2Sources