EN

Nizami kinoteatrındakı qraffiti hər kəsi narahat etməlidir - Cəsarət Hüseynzadə

Bakı. Trend:

Bildiyiniz kimi, Nizami Kino Teatrının divarlarında bir neçəgənc tərəfindən qraffiti şüarlarının yazılması hadisəsi baş verib.Bu hadisə hər bir vətəndaşı narahat etməlidir.

Trend xəbər verirki, bunu İnformasiya və Sosial Təşəbbüsləri Dəstək İctimaiBirliyinin sədri Cəsarət Hüseynzadə jurnalistlərə açıqlamasındabildirib.

Onun sözlərinə görə, eyni zamanda ictimaiyyət nümayəndələri dəbu vəziyyətdən ciddi narahatlıq ifadə ediblər:

"Əslində, bu hadisənin səbəblərini də araşdırmaq vacibdir. Qeydetmək lazımdır ki, bu şəxslər gənclərdir və onların arasındaxanımlar və qızlar da mövcuddur. Bu, mənim fikrimcə, ailədəyərlərinin təbliğinin və gənc nəslin tərbiyəsinin vacibliyini birdaha göstərir. Gənc ailələrdə, xüsusilə yeni nəsilinformalaşdırılmasına xüsusi diqqət yetirilməlidir.

Hadisənin şəhərimizə nəticəsinə baxdıqda görürük ki, ilk növbədəşəhərin estetik görünüşü zədələnib. Halbuki illər boyu şəhərinestetik inkişafına yüzlərlə insan öz töhfəsini verib. Eyni zamandaölkəmizin böyük maliyyə vəsaiti şəhərlərin inkişafına vəabadlaşdırılmasına sərf olunur.

Bu cür hadisələr ayrılmış maliyyənin səmərəliliyinə də mənfitəsir göstərə bilər. Əgər bu vəsait hər bir vətəndaşın əziyyətihesabına formalaşırsa, hər bir vətəndaş onun qorunmasına yönəlmişmövqeyini bildirməli, səsini çıxarmalı və mübarizə aparmalıdır.

Bəzən qeyd edilir ki, qraffiti nümunələri Avropanın bəzişəhərlərində də mövcuddur. Düzdür, belə nümunələr var. Lakinmüqayisə aparsaq: həmin şəhərlərlə Bakı şəhərini qarşılaşdırdıqdafərq açıq görünür.
Bəzi şəhərlər estetik baxımdan artıq çirkli, hətta bəzən zibilliyixatırladan görüntü yaradır. Amma Bakı daha təmiz, səliqəli,beynəlxalq standartlara uyğun və yüksək estetik görünüşə malik birşəhərdir".

Məqalədə:
Chosen
39
2
az.trend.az

3Sources