EN

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 340 minə yaxın turist gəlib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 163 ölkəsindən 337,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gələnlərin 23,2 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,0 faizi İran, 5,0 faizi Gürcüstan, 4,6 faizi Hindistan, 3,7 faizi Pakistan, 3,6 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Özbəkistan, 2,6 faizi İsrail, 2,0 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Ukrayna, hər birindən 1,3 faiz olmaqla Böyük Britaniya və Türkmənistan, 12,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,0 faizini kişilər, 28,0 faizini qadınlar təşkil edib.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 26,4 faiz artaraq 13,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,4 faiz artaraq 111,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,9 faiz azalaraq 55,3 min nəfər, digər ölkələrdən gələnlərin sayı 0,7 faiz azalaraq 157,0 min nəfər olub.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,2 faizi hava, 28,4 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,8 faiz artaraq 298,7 min nəfər olub. Vətəndaşlarımızın 37,4 faizi Türkiyəyə (əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə 2,1 faiz çox), 15,2 faizi Rusiya Federasiyasına (2,8 faiz az), 12,5 faizi İrana (17,7 faiz çox), 9,9 faizi Gürcüstana (12,2 faiz az), 25,0 faizi isə digər ölkələrə (0,1 faiz az) gediblər. Gedənlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil edir.

2026-cı ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 68,0 faizi hava, 30,4 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından yararlanıb.

Chosen
15
22
azerbaijan-news.az

10Sources