ain.az bildirir, Azertag portalına istinadən.
London, 3 aprel, AZƏRTAC
Böyük Britaniyada Pasxa tətili ərəfəsində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, “Dave” adlı güclü fırtınanın şənbə günü ölkəyə çatacağı, bir sıra bölgələrdə güclü külək və qarla müşayiət olunacağı bildirilir.
Xəbərdarlıqlara əsasən, Şotlandiyada, Şimali İrlandiyada, eləcə də Uelsin və İngiltərənin şimal bölgələrində güclü külək əsəcək. Şotlandiyanın şimal bölgələrində güclü küləklə yanaşı, intensiv qarın da yağacağı proqnozlaşdırılır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.