EN

SEPAH: ABŞ pilotu əsir götürülüb və axtarış helikopteri vurulub VİDEO

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus ikinci F-35 qırıcı təyyarəsinin vurduqlarını elan etməsinin ardınca onun pilotunun İran qüvvələri tərəfindən əsir götürüldüyü açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumata görə, pilot katapult edərək ölkə ərazisinə eniş edib. Bundan sonra ABŞ tərəfi onu təxliyə etməyə cəhd göstərib.

Daha əvvəl SEPAH-ın mətbuat xidməti qırıcının tamamilə darmadağın edildiyini açıqlayıb. Qeyd olunub ki, bu, son 12 saat ərzində ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus vurulan ikinci təyyarədir.

Bununla yanaşı SEPAH ölkənin cənubundakı Xuzistan əyalətində axtarış-xilasetmə əməliyyatına cəlb olunan "Hercules" təyyarəsinin və ABŞ-yə məxsus olduğu ehtimal edilən "Black Hawk" helikopterinin görüntülərini yayımlayıb.

Habelə Amerikaya məxsus "Black Hawk UH-60" vertolyotunun İranın Lordeqan ərazisində qəzaya uğradığı açıqlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
14
oxu.az

10Sources