EN

NKM nin binasını yazanlara jurnalistdən etiraz İncəsənət əsəri çəksələr adamı yandırmazdı…

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Nizami Kino Mərkəzinin divarları yazılmışdı.

Sözügedən hadisə ictimaiyyət nümayəndələri arasında birmənalı qarşılanmayıb.

Gununsesi.info xəbər verir ki, Olay.az saytının baş redaktoru, jurnalist Pərviz Hüseyn də məsələyə münasibət bildirib.

O qeyd edib ki, bir incəsənət əsəri çəksələr, adamı yandırmaz:

Nizami Kino Mərkəzinin 92 yaşı var. Şəhərin ən yaxşı mədəniyyət mərkəzlərindən biridir, di gəl, 3 mədəniyyətsiz bu gözəl memarlıq nümunəsini çirkin hala salıblar. Bir incəsənət əsəri çəksələr, adamı yandırmaz. Az yaşları da yoxdu; 16-17 yaşlarındadırlar. Şəhəri maksimum təmiz, gözəl göstərmək üçün işlər görülür, belə məsuliyyətsiz vətəndaşlar da görülən işə kölgə salır. Bir ara ağacları yonub adlarını yazanlar təbiətə ziyan vururdular, indi də qraffiti adıyla cızma-qara edənlər. Vallah, Bakı bizimdir, evimizdir. Mədəniyyətimizə də, evimizə də sahib çıxmalıyıq”,- deyə o, həmçinin qeyd edib.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
icma.az

1Sources