EN

Ukraynada ölən koreyalı əsgərlərin dəfn mərasimi keçiriləcək

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimali Koreya Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən hərbçiləri üçün aprel ayının ortalarında dəfn mərasimi keçirməyə hazırlaşır.

“Cebheinfo.az” xəbər verir ki, Pxenyan rəhbərliyi bununla yanaşı, həlak olan hərbçilərin xatirəsinə muzey tikir.

Bildirilir ki, layihə artıq 97 faiz tamamlanıb və dəfn mərasimindən sonra muzeyin açılışı nəzərdə tutulur.

Məlumatlara əsasən, Şimali Koreya müharibə çərçivəsində Rusiyaya minlərlə hərbçi ilə yanaşı, raket və müxtəlif sursatlar göndərib.

Cənubi Koreya isə təxminən 2 min şimali koreyalı hərbçinin döyüşlərdə həlak olduğunu ehtimal edir.Mütəxəssislərin fikrincə, Pxenyan bu hərbi dəstək müqabilində Moskvadan maliyyə yardımı, hərbi texnologiyalar, ərzaq və enerji əldə etməklə beynəlxalq sanksiyaların təsirini azaltmağa çalışır.

Şimali Koreya lideri Kim Çen Inın xatirə kompleksini ziyarət edərək tikinti işləri ilə yerində tanış olduğu və layihəni “vətənpərvərlik tərbiyəsi baxımından mühüm mərkəz” kimi qiymətləndirdiyi bildirilir.

Onun həlak olan hərbçilərin “böyük qəhrəmanlıq” göstərdiyini vurğuladığı qeyd olunur.Pxenyan rəhbərliyi daha əvvəl də Ukraynadakı müharibədə hərbçilər yerləşdirdiyini təsdiqləmiş və itkilərin olduğunu etiraf etmişdi.

Kim Çen Inın müxtəlif mərasimlər vasitəsilə həlak olan əsgərlərin xatirəsini yad etməyə davam etdiyi bildirilir.

Əfsanə 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
cebheinfo.az

2Sources